Qadin.NET / Şeyma Subaşı yenə diqqət çəkdi-FOTO

Şeyma Subaşı yenə diqqət çəkdi-FOTO

Şeyma Subaşı yenə diqqət çəkdi-FOTO


TV8-in rəhbəri Acun Ilıcalıdan boşanan fenomen Şeyma Subaşı həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ayrıldıqdan qısa müddət sonra italyan DJ Quido Senia ilə sevgili olan Şeyma ilk dəfə evliliyi ilə bağlı danışıb. O, Acunla münasibətinin yaxşı olduğunu dilə gətirib.

"Onunla münasibətimiz çox yaxşıdır. Çətinə düşdüyüm zaman ilk axtaracağım insan Acundur. Evləndikdən sonra sosial şəbəkədəki paylaşımlarıma görə mənim heç nəyin vecimə almadığımı düşündülər. Kaş ki, İnstaqram hesabımı bağlasaydım. Ən böyük peşmançılığım budur" deyə, o, bildirib.

 

Yeni sevgilisi ilə evlənib-evlənməyəcəyi sualına isə "Belə bir fikrim yoxdur. Evlənsəm nə dəyişəcək ki" deyə, cavab verib

Şeyma Subaşı yenə diqqət çəkdi-FOTO


30 noyabr 2019
GO BACK