“Betmen maskalı qız” kimi tanınan balaca Lunanın anası Rusiyanın Krasnodar vilayətində keçirilən ilk iki əməliyyatın nəticələrini göstərib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, ana bu barədə foto və videoları “Instagram” səhifəsində paylaşıb.
Kadrlardan görünür ki, uşağın üzündəki anadangəlmə ləkənin bir qismi artıq alın hissəsindən götürülüb. Ananın sözlərinə görə, prosedur ağrısız həyata keçirilib.
Qeyd edək ki, balaca Luna üzündə böyük bir ləkə ilə dünyaya gəlib. ABŞ-lı həkimlər anomaliyanı lazerlə silməyi təklif ediblər. Ancaq bunun üçün 100-ə qədər əməliyyat keçirmək lazım idi. Krasnodarlı cərrah Pavel Popov yerli qəzetlərin birində Luna haqqında məlumatı oxuduqdan sonra ailəyə novator müalicə üsulunu təklif edib və ailə bu təklifi qəbul edib.
“Nəticələr möhtəşəmdir. Balaca qızımla Rusiyaya gəlmək barədə qərarımın doğruluğuna artıq 100 faiz əminəm”, - deyə Kerol Fenner əlavə edib. O bildirib ki, rusiyalı cərrah Pavel Popov tərəfindən keçirilən uğurlu əməliyyatı Yeni il hədiyyəsi kimi qəbul edir.