İtaliyanın Siciliya adasındakı Bivona şəhərində evlər bir avroya satılır.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, buna səbəb şəhərin əhalisinin ciddi şəkildə azalmasıdır.
Bu aksiyanın məqsədi yeni sakinləri Bivonaya cəlb etməkdir. Burada daşınmaz əmlak alana yeganə şərt qoyulur – alınan ev təmir-bərpa olunmalıdır.
Evləri istədikdə restoran, dükan və ya otel kimi istifadə etmək mümkündür