Qadin.NET / Valideynlərin NƏZƏRİNƏ! Gələn ildən uşaq bağçalarına qəbul...

Valideynlərin NƏZƏRİNƏ! Gələn ildən uşaq bağçalarına qəbul...

Valideynlərin NƏZƏRİNƏ! Gələn ildən uşaq bağçalarına qəbul...


"Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək".

Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş tərkibli seminar-müşavirədə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O, bildirib ki, bağçalara elektron qəbula keçidlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanılacaq, sonradan isə mərhələli şəkildə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq

29 noyabr 2019
GO BACK