Türkiyəli aktrisa Zerrin Tekindör keçmiş sevgilisini təbrik edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, “Emmy” mükafatı qazanan aktyor Haluk Bilgineri təbrik edib.
Tekindör açıqlamasında “Xəbəri eşidəndə çox xoşbəxt oldum, Haluka təbrik mesajı da yazdım”,- deyə bildirib. Altı il sevgi müasibətində olan cütlük 2017-ci ildə ayrılıb.
Qeyd edək ki, akyor Haluk Bilginer "PuhuTV” internet kanalında yayımlanan və 12 hissədən ibarət "Şahsiyet” serialındakı rolu ilə namizədlər arasından ən yaxşısı seçilib.