Dünyaca məşhur müğənni Adel sosial şəbəkədə siyasətlə bağlı paylaşım edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sənətçi Böyük Britaniyada keçiriləcək parlament seçkilərini xatırladaraq, "Bu axşam səs vermək üçün qeydiyyatdan keçməyi unutmayın" yazıb. İzləyiciləri isə onun statusunu tənqid edərək, sənəti ilə məşğul olmasını məsləhət görüblər. Onlar müğənniyə" Biz albom gözləyirik", "Yeni albom nə vaxt çıxır" kimi suallar ünvanlayıblar.