Türkiyəli aktyor Can Yaman haqqında irəli sürülən iddialara cavab verib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, İspaniyanın Madrid şəhərinə gedən aktyor hava limanında izdihamla qarşılaşıb.
Lakin hava limanında onun heyranlarına istiqamət verən bir kişi medianın diqqətini çəkib. İddia olunur ki, ora həmin şəxsləri aktyor özü toplayıb.
Can Yaman isə "Sayfa" verilişində iddialara cavab verib:
"Çox üzücüdür, insanlar hesablamağı bilmir. 2000 nəfərə ən azı 100 avro versəm, 200 min avro edər. Polisi də satın aldım hər halda. Onlara da pul verdim. Mediaya da… demək ki, 3 milyon avro xərcləmişəm. Allah hər kəsə ağıl versin. Qəlbimiz təmizdir".