Qadin.NET / Evdar qadınlara müavinət veriləcək?-Ətraflı

Evdar qadınlara müavinət veriləcək?-Ətraflı

Evdar qadınlara müavinət veriləcək?-Ətraflı


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın evdar qadınlara dəstək verilməsi ilə bağlı qaldırdığı məsələyə münasibət bildirib.

Qadin.Net trend-ə istinadən xəbər verir ki, A.Kərimova bildirib ki, evdar xanımlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynayır və onlar işsiz olduğu üçün maddi-sosial təminatlarının gücləndirilməsi vacibdir.

Nazir müavini əlavə edib ki, bu günə qədər müavinətlərin 30 faizi birbaşa qadınlara deyil, uşaqlara dəstək vermək üçün ünvanlanıb. Azərbaycancanda hazırda 14-ə yaxın belə sosial müavinət var: "Fikrimcə, qurumlar tərəfindən evdar qadınlara müavinətin verilməsi ilə bağlı təklif verilərsə, bu məsələ müzakirə oluna bilər, çünki növbəti ilin büdcə müzakirələri hələ davam edir. Nazirlik təkliflərə açıqdır. Evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşaq. Müavinət, təqaüd əsasən həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir. Bu işə sistemli şəkildə yanaşmaq lazımdır ki, o, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan başqa, qabaqcıl təcrübəyə də baxmaq lazımdır".

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də keçirdiyi mətbuat konfransında evdar qadınlara dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldırıb.

Komitə sədri son iki ildə Azərbaycanda Prezidentin təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrıldığını bildirib: "Təəssüf ki, ölkəmizdə hələ də işləməyən qadınlar var. Bəzi ölkələrdə evdar qadınların əməyinin daha yüksək qiymətləndirilməsi üçün xüsusi vəsait ayrılır. Uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq"

26 noyabr 2019
GO BACK