Qadin.NET / Vera Meladzedən Boşandı-FOTO

Vera Meladzedən Boşandı-FOTO

Vera Meladzedən Boşandı-FOTO


“Via qra” qrupunun eks-üzvü, müğənni Vera Brejneva məşhur musiqiçi Konstantin Meladzedən ayırılıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Vera Brejneva instaqramda kupalnikdə şəklini paylaşıb. Abunəçilərdən biri bu fotoya ulduzun əri ilə birlikdə olan bütün şəkillərini öz səhifəsindən silməsinə münasibət bildirib.

İnstaqramda verilən “Vera, Konstantin Meladzedən boşanmısan” sualını Vera cavabsız qoymayıb. Musiqiçi ilə münasibətlərinin pisləşdiyini və boşanmaq üzrə olduqlarını inkar etməyən ifaçı “Bu, sizi belə narahat edir?” sözlərini yazmaqla kifayətlənib.

Xatırladaq ki, oktyabr ayında Brejneva KİV-də ərinin xəyanəti ilə bağlı şayiələrə istehzalı cavab vermişdi. O, zarafatla Meladzenin nəinki işinə, ailəsinə və qohumlarına vaxt ayırdığını, eyni zamanda başqa bir qadınla “gəzməyə” də fürsət tapdığını qeyd etmişdi.

Qeyd edək ki, bu yaxınlarda bir sıra rus mətbu orqanlarında Meladzenin sevgilisi olduğu barədə məlumatlar yayılıb. Bildirilib ki, Konstantin Meladzenin “Via qra” qrupunun hazırkı üzvü Erika Qerçeqlə romantik əlaqəsi var. Prodüser və ifaçı bu şayiələrə münasibət bildirməyib.

Konstantin Meladze - tanınmış bəstəkar və prodüser, Rusiya ulduzlarının bir çox hitlərinin müəllifidir. Konstantinin ilk həyat yoldaşı Yana Meladzedən iki qızı və bir oğlu var. On doqquz illik evli olan cütlüyün boşanmasının səbəbi Vera Brejneva olub.

Musiqiçi ilə müğənni 2015-ci ildə İtaliyada rəsmi nikaha daxil olub

Vera Meladzedən Boşandı-FOTO


25 noyabr 2019
GO BACK