Polşa təmsilçisi Viktoriya Qabor vətənində keçirilən "Junior Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Superhero" mahnısına görə 278 xal qazanaraq, rəqiblərini üstələməyi bacarıb.
İkinci yerdə Qazaxıstan, üçüncü yerdə isə İspaniya qərarlaşıb
İştirakçıların nəticələri peşəkar münsif heyəti və müsabiqənin saytında keçirilən tamaşaçı səsverməsinin əsasında açıqlanıb. "Eurovision"dan fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə də səs verə bilər.
Qeyd edək ki, Azərbaycan bu il keçirilən "Junior Eurovision"dan imtina edib.
Xatırladaq ki, ötən ilki yarışmanın qalibi də Polşa təmsilçisi olmuşdu. Roksana Venqel "Anyone I Want to Be" mahnısına görə 215 xal toplayaraq, rəqiblərini geridə qoymağı bacarmışdı