Qadin.NET / Dünyanı gözləyən təhlükə

Dünyanı gözləyən təhlükə

Dünyanı gözləyən təhlükə


JF1 meteroiti Yer planeti ilə toqquşarsa Xirosimaya atılan bombadan 15 dəfə güclü təsiri olacaq.

Qadin.Net teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ Milli Kosmik Agentliyi (NASA) açıqlama yayıb.

NASA bu dəfə dünyaya yaxınlaşmaqda olan meteroitin hərəkət istiqamətində dəyişiklik olmayacağı təqdirdə 2022-ci ildə planetimizə çatacağını bildirib.

JF1 adı verilən meteroit Misirdəki Xeops ehramı böyüklüyündədir.

2022-ci ilin mayın 6-da dünyaya ən yaxın məsafədə olacağı ehtimal edilən meteroitin Yerlə toqquşması nəticəsində 230 tonluq nüvə enerjisi gücündə təsir göstərə bilər. Bu faktiki olaraq Xirosimaya atılan bombadan 15 dəfə güclü təsir deməkdir.

Belə fəlakətli ssenari nəticəsində bir şəhərin tamamilə yox ola biləcəyini qeyd dən NASA mütəxəssisləri milyonlarla insanın həyatını itirəcəyini də əlavə ediblər

24 noyabr 2019
GO BACK