Qadin.NET / Cem Yılmaz Defne ilə barışdı?-FOTO

Cem Yılmaz Defne ilə barışdı?-FOTO

Cem Yılmaz Defne ilə barışdı?-FOTO


Ötən həftə Bakıda qonaq olan türkiyəli şoumen Cem Yılmaz İstanbulun Nişantaşı səmtində obyektivlərə tuş gəlib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, restorandan çıxan sənətçi maşınının gətirilməsini gözləyərkən ona yaxınlaşan fotoqraflara əsəbiləşib. Yumor ustası hər kəsə "Məni rahat buraxın" deyərək, sərt reaksiya verib.

Həmin an yaxınlıqdakı kafedə şoumenin bir müddət əvvəl ayrıldığı sevgilisi Defne Samyeli də olub. Bir dostu ilə restoranda oturan Samyeli jurnalistləri görəndə narahat olub. Daha sonra isə maşına oturaraq oradan uzaqlaşıb.

 

İki məşhurun eyni səmtdə yer alması və jurnalistləri görüb, həyəcanlanması dedi-qodulara səbəb olub. Mediada onların gizli görüşdüyü, barışdığı iddia edilib

23 noyabr 2019
GO BACK