Dünyaca məşhur müğənni Rihanna artıq çəkili xanımlar üçün alt paltarları dizayn edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, "Savage X Fenty" adlı geyim kolleksiyasını Nyu-York moda həftəsi çərçivəsində nümayiş etdirən sənətçi diqqətləri üzərinə toplayıb.
23 yaşlı Normani də Rihanna izmalı geyimlə kameralar qarşısına keçib. "Fifth Harmony" rəqs qrupunun üzvü olan model sözügedən markanın təmsilçisi olduğunu İnstaqram hesabından elan edib.
O, paylaşdığı iddialı fotolara "Hər kəsin özünü olduğu kimi qəbul etməsini və qucaqlamasını istəyirəm" deyə, yazıb.