Qadin.NET / Meqan və Harrini kral ailəsindən kimsə danışdırmır-SƏBƏB

Meqan və Harrini kral ailəsindən kimsə danışdırmır-SƏBƏB

Meqan və Harrini kral ailəsindən kimsə danışdırmır-SƏBƏB


Britaniyada kral ailəsindən heç kim şahzadə Harri və Meqan Marklla ünsiyyət qurmur.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, bu barədə mənbədən "People" jurnalı xəbər yayıb.

Nəşrin məlumatına görə, evli cütlüklə kral ailəsinin digər fərdləri arasında münasibətlər mürəkkəb olaraq qalır.

Bəziləri hesab edir ki, taxt-tacın varisi kimi şahzadə Uilyamın vəziyyəti qardaşı Harri ilə daimi gərginlik yaradır.

"O və Harri arasında müəyyən rəqabət olacaq. Bu da artıq münasibətlərə soyuqluq gətirir", - deyə mənbədən bildirilib.

Qeyd edək ki, bazar ertəsindən etibarən şahzadə Harri və xanımı krallıq məsuliyyətlərindən 6 həftəlik fasilə götürüblər.

Onlar Şükranlıq gününü və Yeni ili sarayda deyil, Meqanın anası Doriya Raqlandla birlikdə keçirəcəklər

22 noyabr 2019
GO BACK