Qadin.NET / 10 yaşlı pəhləvan - VİDEO - FOTO

10 yaşlı pəhləvan - VİDEO - FOTO

10 yaşlı pəhləvan - VİDEO - FOTO


Onur Bələdovun cəmi 10 yaşı var, amma dişi ilə özündən qat-qat ağır olan avtomobili darta bilir. Onun bu yaşdakı fiziki gücü, pəhləvanlığı hamını təəccübləndirir.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, Salyanın mərkəzindən 50 kilometr uzaqda yerləşən Xıdırlı kəndində yaşayan Bələdovlar ailəsini rayonda hər kəs tanıyır. Ailə sahibi təsərrüfatla məşğul olsa da, övladlarından biri, 4-cü sinifdə oxuyan 10 yaşlı Onur Bələdov pəhləvanlıqla məşğul olmaq arzusundadır. Balaca Onur artıq ilk uğura da imza atıb. 25 kiloqram çəkiyə sahib olan balaca pəhləvan 2 tonluq maşını dişi ilə dartmağı bacarıb. Onurun babaları arasında pəhləvan olmasa da, onlar da qoldan güclü olublar: "Uşaqlıqdan idmana həvəsim var. Sonra maşınları dartdım, gördüm ki, bacarıram. İstəyirəm sinif yoldaşlarım da mənim kimi güclü olsunlar. Ən böyük arzum güclü idmançı kimi respublikamızı dünyada tanıtmaqdır".

Onur ilk dəfə olaraq 4 yaşında çılpaq bədənlə qış fəslində qarda gəzməklə maraqları özünə cəlb edib. Balaca pəhləvanın dayısı Əli Əliquliyev deyir ki, Onur hələ kiçik yaşlarında qeyri-adi güc nümayiş etdirib: Bacım oğlu 5 yaşından üçtəkərli motosiklet və "Jiquli" markalı maşını dartmağa başlayıb. Beləliklə, sonralar bu işdə təkmilləşərək çəkisi ağır olan maşınları dişi ilə çəkib. O, kiçik yaşlarından pəhləvanlıq nömrələri göstərərək bizi heyran qoydu. Onun gələcəyinə böyük ümid bəsləyirik. İnanıram ki, bacım oğlu gələcəkdə Azərbaycanın tanınmış pəhləvanlarından biri olacaq".

Balaca pəhləvanın hədəfi bundan sonra saçı ilə avtomobil dartmaqdır. Bunu bir neçə dəfə sınaqdan çıxarsa da, hələ hazırlıq dövrü keçdiyini deyir. Beləliklə, Salyanın ucqar Xıdırlı kəndində yaşayan 10 yaşlı Onur bizi bir neçə aydan sonra yenə də təəccübləndirəcək.

10 yaşlı pəhləvan - VİDEO - FOTO

10 yaşlı pəhləvan - VİDEO - FOTO


20 noyabr 2019
GO BACK