Qadin.NET / Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək-SƏBƏB/FOTO

Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək-SƏBƏB/FOTO

Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək-SƏBƏB/FOTO


Rusiya ABŞ-da keçirilən “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Miss Rusiya” müsabiqəsinin direktoru Anastasiya Belyak açıqlama verib.O deyib ki, “Kainat gözəli” yarışmasının təsisçiləri müsabiqənin keçirilmə yeri və vaxtını çox gec bildiriblər. Buna görə də, “Miss Rusiya – 2019” müsabiqəsinin qalibi Alina Sanko vaxtında Amerika vizası ala bilməyəcək.Bundan başqa direktor qeyd edib ki, Sanko bu il iki müsabiqədə iştirak etməli idi: “Kainat gözəli” və “Miss Dünya”. Lakin müsabiqələrin keçirilmə vaxtı bir-birinə olduqca yaxındır. “Kainat gözəli” dekabrın 8-i Atlantada, “Miss Dünya” isə dekabrın 14-də Londonda keçiriləcək.  Qeyd edək ki, Sanko “Miss Rusiya” titulunu bu ilin aprel ayında qazanıb.
Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək-SƏBƏB/FOTO

Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək-SƏBƏB/FOTO


19 noyabr 2019
GO BACK