Qadin.NET / "Trampın sinəsində ağrı..."

"Trampın sinəsində ağrı..."

"Trampın sinəsində ağrı..."


“ABŞ Prezidenti Donald Tramp sinə ağrısından şikayət etməyib”.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir, ötən həftəsonu Trampın xəstəxanaya müraciət etməsi ilə bağlı açıqlama verən Ağ Evin baş həkimi Şon Konli belə deyib.

O, müayinə zamanı da prezidentin səhhətində hansısa problemin aşkar edilmədiyini bildirib.

Həkimin sözlərinə görə, bu, standart və planlaşdırılmış adi bir müayinə idi.

Ağ Evin mətbuat xidməti ötən həftə Donald Trampın xəsəxanada müayinədən keçdiyini açıqlayıb.

Sosial şəbəkədəVaşinqton administrasiyası rəhbərinin səhhəti ilə bağlı müxtəlif fərziyyələr ortaya çıxıb, xüsusən Trampın xəstəxanaya getməsinə sinə ağrılarının səbəb olduğu barədə şayiələr yayılıb.

19 noyabr 2019
GO BACK