Cənubi Afrikada çəkisi 20,08 karat olan emal olunmamış nadir mavi almaz 14,9 milyon dollara satılıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, almazın hasil edildiyi “Petra Diamonds Cullinan” adlı şaxtanın baş direktoru Riçard Daffi almazın satış qiymətindən çox razı olduğunu bildirib: "Bu razılaşma mavi almazların dəyərini izah edir”.
Məhz həmin şaxtada 1905-ci ildə dünyanın ən böyük almazı (3106 karat – 621,35 qr) hasil edilib. Vaxtilə həmin almaz Britaniya monarxı VII Eduarda göndərilib.
Sonuncu mavi almazın alıcısının adı isə hələlik açıqlanmır.