"Kurtlar Vadisi" və "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialları sayəsində ölkəmizdə də böyük populyarlıq qazanan aktyor Oktay Kaynarca erməni soyqırımı ilə bağlı fikirlərini bölüşüb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sənətçinin "A Haber"ə verdiyi cəsarətli müsahibəsində erməni siyasətini pisləməsi diqqət çəkib.
O, qondarma erməni soyqırımı iddialarına sərt reaksiya verib: "Bunu dünyaya çatdırmalıyıq. Niyə arxivləri açmırlar? Bu dövrə aid seriallar, filmlər çəkərək dünyanı məlumatlandırmaq vacibdir.
Dəyərli iş sayəsində məşhurluq qazanmaq lazımdır. Çox dəyərli bir iş ortaya qoymaq lazımdır. Heç sevilməyən və nifrət ediləcək şəxs də ola bilərsiniz. Boş-boş danışan, millətin adına, bayrağına, torpağına xəyanət edən bir sıra məşhurların olduğunu bilirik. Allah bizi belə məşhurluqdan qorusun".