Türkiyəli müğənni Serdar Ortaç ötən gecə İstanbuldakı bir məkandan çıxarkən görüntülənib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sənətçi ayaqüstü müxbirlərlə söhbət edib. O, sosial şəbəkədən uzaqlaşdığını etiraf edib.
"İnstaqrama baxmamaq üçün telefonu maşında qoyuram. Çünki yalan xəbərlər yazılır. Guya mən kiminləsə sevgiliyəm, ya da Xloye başqası ilə birlikdədir. Keçmiş xanımımdan əl çəkin".
İfaçı Xloyenin maddi mövzularda da hər zaman ona dəstək olduğunu dilə gətirib:
"Yaşı az olsa da, hər şeyin hesabını yaxşı aparırdı. Ona hər şey halal olsun".
Qeyd edək ki, cütlük 8 il evli qaldıqdan sonra avqustda boşanıb. Xloye boşandıqdan sonra vətəninə, İrlandiyaya qayıdıb