Prezident İlham Əliyev Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Federasiyasının aşağıdakı mədəniyyət xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar incəsənət xadimi”
Maqomedov Cambulat Musayeviç
“Əməkdar artist”
Hacıyeva Fatimə Taqirovna
Xadulayev Mutay Xadulayeviç