Məşhur aktrisa Anna Faris üçüncü dəfə nikah masasında oturmağa hazırlaşır.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, kinoulduzunun operator Maykl Barretlə nişanlanıb. Bu günlərdə cütlük paparazzilərin hədəfinə tuş gəlib. 42 yaşlı aktrisanın barmağındakı tək qaşlı brilyant üzüyü nəzərlərdən yayınmayıb. Müxbirlər cütlüyü nişanlamaları münasibətilə təbrik etdikdə isə onlar təşəkkür etməklə kifayətləniblər.Qeyd edək ki, bu aktrisanın üçüncü evliliyi olacaq. Onun ikinci evliliyindən bir övladı var.