Müğənni Serdar Ortaçın keçən ay konsert veridyi hotelin kazinosunda qumar oynadığı və 120 min dollar uduzduğu iddia olunub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məşhur müğənninin borcunu həmin hoteldə verəcəyi dörd konsertdən alacağı pulla ödəyəci deyilir.
Ulduza yaxın mənbələrin sözlərinə görə, illərdir qumar asıllığından yaxa qurtara bilməyən sənətçi həyat yoldaşından boşanmasından sonra çətin günlər keçirir. O da iddia olunur ki, Sərdarın maddi vəziyyəti yaxşı deyil.
Qeyd edək ki, Sərdar Ortaç bundan əvvəl də qumar borclarını ödədiyi üçün əlində yalnız bir evinin qaldığını açıqlamışdı