"Real"ın futbolçusu Luka Modriç bürüncdən olan qarışqa heykəli alıb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, "Qızıl top"un sahibi bu heykələ görə 5 min avro xərcləyib. O, "Real"ın kapitanı Serxio Ramosdan nümunə götürüb.
Ramos bir müddət əvvəl həşərat heykəli almışdı. Lukanın aldığı qarışqa heykəlini ingilis heykəltəraş hazırlayıb. Heykəlin hündürlüyü 60 sm-dir.
Modriç cari mövsümdə İspaniya çempionatında 6 oyun keçirib, 1 qol vurub, 1 qol ötürməsi edib.