Türkiyənin pop ulduzu Hadisə xarici görünüşü ilə hər kəsi təəccübləndirib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, sənətçi "O səs Türkiyənin" çəkilişlərindən əvvəl kulisdə foto çəkdirərək instaqram səhifəsində paylaşıb.
Müğənninin sözügedən görüntüsü müzakirələrə səbəb olub. Xəbər saytları, instaqram səhifələri iddia edib ki, Hadisə həddindən artıq çəki atıb.
Digər iddiaya görə isə, ifaçı fotoşop proqramlarından istifadə edərək özünü incəldib. Çünki o, 6 gün əvvəl konsertində çəkilən fotoları instaqram səhifəsində paylaşıb və həmin şəkillərdə Hadisə bu qədər incə görünməyib.
Həmçinin, pop ulduzun eyni geyimdə bir neçə fotosu var və onlar bir-birindən görünüşcə çox fərqlidir.