Aktrisa Tuba Büyüküstünün sevgilisi Umut Evirgen haqqında polis araşdırmaya başlayıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Evirgen İstanbulun Emirgan səmtindəki məkanı "Gizli Kalsın"a gələn iş adamı Ali Akını döyüb.
Onlar arasında dava çıxıb və Alinin burnu qırılıb. O, Umutu polisə şikayət edib. İş adamı bildirib ki, Evirgen ondan içki almasını istəyib. Daha sonra sərxoş olan Evirgen Aliyə səbəbsiz söyüş söyməyə başlayıb. Akın ona cavab vermədiyi halda isə qarşı tərəf yumruq atmağa başlayıb. Davaya Evirgenin 5 cangüdəni də qoşulub.
Burnu qırılan biznesmen xəstəxanaya aparılıb. Həkim onun başından da zərbə aldığını bildirib. Polis Umut və cangüdənləri haqqında araşdırmaya başlayıb. Umutun Parisə qaçdığı öyrənilib