Qadin.NET / Estetik əməliyyatsız qala bilməyən qız-FOTO

Estetik əməliyyatsız qala bilməyən qız-FOTO

Estetik əməliyyatsız qala bilməyən qız-FOTO


21 yaşlı Serena Smitin maraqlı aludəçiliyi var.

Qadin.Net axşam.az-a istinadən  xəbər verir ki, o, mükəmməl görünmək üçün estetik əməliyyatlara 20 min dollar xərcləyib.

Torontoda yaşayan Serenanın sevgilisi isə onun əməliyyatlar etməsinə qarşıdır. O düşünür ki, Serena həddindən ziyadə seksual görüntü alıb, kişiləri başdan çıxarır.Onun estetikə marağı isə kiçik müdaxilələrdən başlayıb. Serena öncəliklə sinəsinin ölçüsünü artırıb, üzünə isə hələ də botoks etdirir.29 yaşlı treyner sevgilisi Tayler isə ona dolğulardan vaz keçməsi üçün yalvarır. Serena isə bildirir ki, sevgilisinin əzələ yığması ilə onun estetik əməliyyat etdirməsi arasında kəskin bir fərq yoxdur.Gənc yaşlarından plastik cərrahiyyə ilə bağlı sənədli filmlər və televiziya şouları izləməyə başlayan Serena həmin qadınları gördükcə onlara bənzəmək istədiyini etiraf edib.Əməliyyatlardan öncə özünü normal hesab etmədiyini deyən Smit “Təbii ki, təbii gözəlliyim var idi, ancaq bu, mənim üçün çox adi idi” deyə, bildirir.Əməliyyat etmək, saçlarını dəyişdirmək və makiyaj etmək ətrafdakılardan maraqla qarşılaşandan sonra o, bunu davam etdirib“Nə vaxt çölə çıxsam, kişilər arvadlarının və uşaqlarını bir kənara qoyub, mənə baxırlar, məncə, mənim kimi biri ilə yatmaq istəyirlər. Onlar mənə yaxınlaşmağa, mənimlə danışmağa çalışır. Hər kəs mənə telefon nömrəsini vermək istəyir. Bu, çox gülməlidir” deyə, Serena özündən bəh-bəhlə bəhs edir.
O söyləyir ki, bundan sonra da estetik əməliyyatlar etdirəcək. Həmçinin, onu müğənnilik kariyerası da gözləyir.“Sevgilim dodaqlarıma dolğu etdirməyimi istəmir. Çox gözələm, amma dayanmaq istəmirəm. Sahib olmaq istədiyim isə qabarıq görüntüdür. Məncə, böyük sinəmin olması onun vecinə olmayacaq. Bu əməliyyatı da təkrarlamaq istəyirəm. Bundan başqa, kiçik bir Barbi burnuna yiyələnmək üçün əməliyyat etdirməyi düşünürəm. Qaşlarımı qaldırmaq, almacıq sümüklərimi böyütmək, daha gözəl bir görüntü üçün isə omba əməliyyatı etdirmək niyyətindəyəm.Böyük planlarım var. Bunlar mənim üçün başlanğıcdır”.
Estetik əməliyyatsız qala bilməyən qız-FOTO

Estetik əməliyyatsız qala bilməyən qız-FOTO

Estetik əməliyyatsız qala bilməyən qız-FOTO

Estetik əməliyyatsız qala bilməyən qız-FOTO


5 noyabr 2019
GO BACK