Məşhur cütlük Hazal Kaya və Ali Atayın İstanbulun Zekeriyaköy səmtindəki evində yanğın olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Söylemezsem olmaz" verilişində deyilib. Həmin vaxt Atay çəkilişdə olub. Evdə tək olan aktrisa həyəcanlı anlar yaşayıb.
Həmin hadisədən sonra Hazal anasının evində yaşamağa başlayıb. 8 aylıq hamilə olan Kayanın və uşağın səhhətində heç bir problem yaşanmayıb.