Qadin.NET / Paltarı hərracda 280 minə satıldı

Paltarı hərracda 280 minə satıldı

Paltarı hərracda 280 minə satıldı


Dünya kino tarixinə adını qızıl hərflərlə yazdıran amerikalı aktrisa və model Merilin Monro ölümündən 57 il keçməsinə baxmayaraq, hələdə populyarlığını itirməyib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, rol aldığı filmlərin bəzilərində geyindiyi paltarlar hərraca çıxarılıb.

 

Sənətçinin "Səhnə aşiqləri" filmində geyindiyi kostyum 280 min dollara, "Kişilər sarışınları sevər" filmindəki qırmızı ipək donu 250 min dollara, "Dönüşü olmayan çay" filmindəki paltarı isə 175 min dollara satılıb.

Qeyd edək ki, Monronun 1962-ci ildə ABŞ prezidenti Con Kennediyə "doğum günü" mahnısını oxuyarkən əynində olan qızılı rəngli uzun donu 2016-cı ildə 4,8 milyon dollara satılmışdı.

Paltarı hərracda 280 minə satıldı

Paltarı hərracda 280 minə satıldı

Paltarı hərracda 280 minə satıldı


4 noyabr 2019
GO BACK