Qadin.NET / Ledi Qaqa Maurisio Quççinin qatili olacaq

Ledi Qaqa Maurisio Quççinin qatili olacaq

Ledi Qaqa Maurisio Quççinin qatili olacaq


Amerikalı müğənni və aktrisa Ledi Qaqa britaniyalı rejissor Ridli Skottun Quççi ailəsi haqqında filmində baş rola təsdiqlənib.

 Qadin.Net  oxu.az-a istinadən bildirir ki, Qaqa filmdə məşhur brendin kreativ direktoru Maurisio Quççinin eks-arvadı Patrisiya Recianini canlandıracaq. Reciani ərinə sui-qəsdi təşkil etməkdə ittiham olunaraq 1995-ci ildə həbs edilmişdi. Lakin o, 2016-cı ildə yaxşı davranışına görə sərbəst buraxılmışdı.

Filmin ssenarisi Sara Qey Fordenin "Quççi evi: sensasiyalı qətl, dəlilik, qlamur və xəsisliyin tarixi" kitabı əsasında yazılıb.

Rejissor Ben Afflek və Mett Deymonun baş rollarda çəkildiyi "son duel" filmi üzərində işi tamamladıqdan sonra çəkilişlərə başlamağı planlaşdırır.

Qeyd edək ki, aktrisa 2018-ci ildə Bredli Kuperlə birlikdə "ulduz anadan olub" dramında çəkilib.

3 noyabr 2019
GO BACK