Norveçli Maren Ueland (28 yaş) və danimarkalı Luiza Vesterager Jespersen (24 yaş) adlı turistləri öldürməkdə ittiham edilən şəxslərin cəzaları məlum olub.
Qadin.Net publika.az-a istiandən xəbər verir ki, Mərakeşin Rabat Sale Apellyasiya Məhkəməsi 4 nəfəri edama məhkum edib.
Əlavə olaraq, cinayətdə şübhəli bilinən 20 nəfərə 5 ildən 30 ilə qədər həbs cəzası verilib.
Daha əvvəl Sale Məhkəməsi cinayətkarlar haqqında həbs qətimkan tədbiri seçmiş və öldürülən qadınların ailələrinə 200 min dollar kompensasiya verilməsi haqqında qərar çıxarmışdı.
Qeyd edək ki, ötən ilin dekabr ayında Toubkal Dağı yaxınlığında iki qadın turistin meyiti Mərakeş Daxili İşlər Nazirliyi tərəfindən tapılmışdı. Qadınları cinsi zorakılığa məruz qoyaraq başlarını bədənlərindən ayırmışdılar.