Son illərdə çox yayılan omba dikləşdirmə əməliyyatı Braziliyada yaşayan qadının az qala ölümünə səbəb olacaqdı.
Qadin.Net axşam.az xəbər verir ki, 3 uşaq anası olan Angela Pedrosa çoxdankı arzusunu həyata keçirmək üçün plastik əməliyyata baş vurub. 26 yaşlı gənc ananın həyatı əməliyyatdan qısa müddət sonra kabusa dönüb. Ombasında dərin yaralar yaranan Pedrosa xəstəxanaya çatıdırlıb. Müdaxilə zamanı onun hər iki yanına 300 ml sənaye silikonu vurulduğu ortaya çıxıb. Həkimlər maddəni bədəndən xaric etsə də, qadının bədəni tanınmaz hala düşüb.
Angela onu əməliyyat edən klinikanı artıq məhkəməyə verib. İndi o, ombasındakı böyük çapıq izlərini yox etmək üçün təkrar əməliyyat edilməlidir.