Braziliyanın Londrina şəhərində yaşayan 61 yaşlı qadın uşaq dünyaya gətirib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 2014-cü ildə boşanan Anna Mariya Moreyra daha əvvəl övladlığa uşaq götürmək üçün növbədə dayandığını bildirib.
"Hekayəmin qadınlara ilham olmağını istəyirəm. Həyat yoldaşımla ayrıldıqdan sonra suni mayalanma hazırlıqlarına başladım. Hamiləliyim rahat keçib. İndi çox xoşbəxtəm" deyə, o, bildirib.
Qeyd edək ki, süni mayalanma zamanı donor yumurta hüceyrə və spermdən istifadə edilib