Türkiyəli aktyor İsmail Hacıoğlu İstanbulun Hasköy adlı ərazisidə restoran açacaq.
Qadin.Net axşam.az- istinadən xəbər verir ki, o, bundan 4 milyon lirəni gözdən çıxarıb. Sənətçi hazırda həmin ərazidəki inşaat işləri davam edən mülkü də almaq istəyindədir.
İsmail həmçinin, əzəmətli bir yer ərsəyə gətirmək üçün şərik tapmaq niyətindədir. O istəyir ki, bununla sərmayəsini 7-8 milyon lirəyə yüksəltsin.
Qeyd edək ki, sözügedən ərazidə ən böyük restorana sahib olmağı planlaşdıran Hacıoğlu menyudan dekoradək hər şey ilə özü maraqlanacaq.