Qadin.NET / "Çukur"u məhkəməyə verdilər-SƏBƏB

"Çukur"u məhkəməyə verdilər-SƏBƏB

"Çukur"u məhkəməyə verdilər-SƏBƏB


Türkiyəli vəkil Funda Sadıkahmet Alp "Çukur" serialını məhkəməyə verib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, vəkil həm ekran işinin yayınlandığı "Show TV" kanalı eyni zamanda "Ay Yapım" şirkətindən şikayətçi olub. Serial barədə vəkillik peşəsini təhqir, xalqı qanunlara əməl etməməyə təhrik etmək ittihamları irəli sürülüb.

"Ay Yapım" tərəfindən çəkilən serialın 29-cu bölümündə vəkilə qarşı fiziki və mənəvi şiddətə yol verilib və ona "Sabah o adamlar azad ediləcək" deyə əmr verilir.

İddiaya görə, izləyicilərin gözündə belə obraz yaratmaq və bunu normallaşdırmaq cinayətdir.

1 noyabr 2019
GO BACK