Türkiyəli aktrisa və müğənni Yeliz Yeşilmen ilk dəfə metroya mindiyi anları sosial mediada paylaşıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, qapalı yerdə qalma qorxusu olduğunu dilə gətirib. Foto paylaşaraq, "Çox qorxuram, əlim-ayağım titrəyir. İlk dəfədir ki, metroya minirəm. Çox sürətlidir" deyə, yazan sənətçini izləyicilər ələ salıb.
"Görən də balta görməyən meşəyə girib zənn edər. Hamımız demək olar ki, hər gün metroya minirik. Burda nə var ki?" deyə, sosial şəbəkə istifadəçiləri yazıblar