Ana olmağa hazırlaşan aktrisa Hazal Kaya həyat yoldaşı Əli Atayla birlikdə alış-verişə çıxıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, cütlük uşaq otağı üçün əşyalar aldığını deyib. Lakin aktyorlar kiçik problem yaşayıb. Belə ki, qarajın girişindəki yoxlamada avtomobilin baqajı açılmayıb. Bundan sonra aktrisa maşından enmək məcburiyyətində qalıb. Bir müddət baqajı açmağa çalışan aktyor sonda bunu bacarıb.
Hamiləliyinin son günlərini yaşayan aktrisanın həddən artıq kökəldiyi diqqətdən qaçmayıb.