Hollivud ulduzu Ancelina Coli "Time" jurnalı üçün məqalə yazıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, məktubda anası ilə bağlı xatirələrindən və etdirdiyi əməliyyatlardan bəhs edib.
"Anam və nənəm 10 il xərçəngdən əziyyət çəkiblər. Anam kimya terapiya kursu keçirdi. Biz xəstəxanaya birlikdə gedirdik. O, vəfat etdikdən sonra həkim mənə "Anana söz vermişəm, sənin də bu xəstəlik riskinin olub-olmadığını yoxlayacağam" dedi. Test etdirdim. 87 faiz yoluxma riskim vardı. Mən də əməliyyata razılıq verdim. Çünki, övladlarımın necə böyüdüyünü görmək istəyirdim" deyə, Coli məktubda yazıb.