"Missis Rusiya - 2019" gözəllik yarışmasının qalibi Kseniya Krivko 4 uşaq anası olmasına baxmayaraq, düzgün bədən quruluşu və gözəlliyi ilə hər kəsin rəğbətini qazanıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, hamiləliklərindən sonra 25 kiloqram kökəldiyini deyib.
"Çox kilo almışdım. Hazırda həftədə 3 dəfə idman zalında məşq edirəm. Üstəlik yoqa ilə məşğul oluram" deyə, o, bildirib.
Kseniya qırmızı ətdən tamamilə imtina etdiyini, sədəcə balıq və digər dəniz məhsulları ilə qidalandığını söyləyib. Çoxuşaqlı qadın yenidən ana ola biləcəyini istisna etmir.