Dünyaca məşhur müğənni Riki Martin və "əri" Xuan Yusif yenidən valideyn olublar.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, cütlüyün surroqat anadan oğulları dünyaya gəlib. İfaçı bu haqda sosial mediada paylaşım edib. Sənətçi, yeni doğulan körpənin fotosunu izləyiciləri ilə bölüşüb. O, uşağa Ren Martin-Yusif adını verib.
Qeyd edək ki, həmcinsi Xuan Yusiflə 2018-ci ildə evlənən Rikinin 10 yaşında əkiz oğulları və 10 aylıq qızı var