Türkiyəli müğənni Hadisə münsiflər heyətində iştirak etdiyi "O ses Türkiye" yarışmasında uşaq vaxtı Belçikada yaşadığı çətinliklərdən bəhs edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, həmin ölkədə irqçi davranışlara məruz qalıb.
"Çox çətinlik çəkirdim. Mənə "murdar türk" deyirdilər. Dilimizi də lağa qoyurdular".
Sənətçinin Türkiyədə vergi verməmək üçün var-dövlətinin bacısının adına yatırtdığı iddia edilirdi. Vergisini Belçikaya ödədiyi söylənilən ifaçının bu sözləri sosial şəbəkədə gündəm olub.
Qeyd edək ki, onun anası və bacısı Belçikada yaşayır