Dünyanın ən gənc milyarderi ünvanına sahib olan Kayli Cenner davranışları ilə hər zaman diqqətləri üzərinə çəkməyi bacarıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu dəfə o, qızı ilə bağlı paylaşım edib. 2 yaşlı Stormiyə öz paltarının eynisini geyindirib və parik taxıb. Paylaşım sosial istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilərin əksəriyyəti körpə uşağın bu cür geyindirilməsinin doğru olmadığını yazıblar.