Meqa ulduz Tarkan ikinci dəfə ata olacaq.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə “2-ci sayfa” proqramında məlumat verilib.
Bu yaxınlarda ikinci dəfə ata olmaq arzusunu dilə gətirən 46 yaşlı sənətçinin həyat yoldaşı Pınar Tevetoğlunun 2 aylıq hamilə olduğu məlum olub.
Xatırladaq ki, müğənninin qızı Liya 2018-ci ildə dünyaya gəlib. Cütlük qızının doğum günü üçün 150 min TL xərcləmişdi.