Kanadalı reper Dreyk ötən gün özünə doğum günü edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ona hədiyyə edilən “NBA çempionluq üzükləri” ad gününə gələn Rihanna və Kayli Cennerdən daha çox müzakirə olunub.
33 yaşını qeyd edən Dreykin partisində Kayli ilə yaxınlaşması ortaya çıxıb. Lakin gənc milyarderin ailəsinin reperlə münasibətləri yaxşı deyil. Belə ki, Kaylinin yeznəsi, reper Keyn Vest Dreyki mahnısının birində onun arvadı Kim Kardaşyanla münasibətinin olması barədə söz atmaqda günahlandırmışdı.
Doğum gününə damğa vuran hədiyyə isə “NBA”də çempion olan Kanada komandası “Toronto Raptors”un özəl kolleksiya üzüyü olub.
640 kiçik almaz və 17 yaqut qaşla bəzədilən 14 karatlıq üzüklərin ümumilikdə qiyməti 300 min dollar (510 min manat) olub . Reper onların fotosunu İnstaqramda paylaşıb