“Çocuklar duymasın” serialının aktrisası Pınar Altuğ həmkarı olan 13,5 illik həyat yoldaşı Yağmur Atacanla sevgi münasibətlərinin başlaması haqda danışıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, “Yağmur soyunma otağıma girib, dodaqlarıma yapışdı. Salam verib, sonra öpdü deyə, özümü itirdim. Hələ də öpür. Artı1 13,5 il oldu” sözləri ilə sualları cavablandırıb
Aralarındakı 9 yaş fərqə görə sosial mediada qınaq obyektinə çevirilən cütlük bununla bağlı problem yaşamadıqlarını dilə gətirib:
“Biz heç vaxt aramızdakı yaş fərqi barədə danışmamışıq. İlk illər Yağmur özünü bir yaş daha artıq demişdi, vəssalam. Tanış olanda Yağmur 23 yaşında idi, indi 36 yaşı var. Mənim isə 32 yaşım var idi, indi isə 45-dir. Ancaq yaxşı ki, aramızda 9 yaş fərq var. Yağmur o qədər çoxbilmişdir ki, mənimlə yaşıd olmağını xəyal belə etmirəm”.
Qeyd edək ki, cütlüyün bir qızı var.