Qadin.NET / Metropoliten gücləndirilmiş rejimə keçdi

Metropoliten gücləndirilmiş rejimə keçdi

Metropoliten gücləndirilmiş rejimə keçdi


Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü ilə bağlı əhalinin ictimai nəqliyyatdan sıx istifadəsini nəzərə alaraq Bakı Metropoliteni əlavə tədbirlər planını hazırlayıb.

Qadin.Net bildirir ki, bu barədə trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi ilə bağlı paytaxt küçələrində tədbir saatlarında bəzi ərazilərdə yollarda hərəkətin məhdudlaşdırılması nəticəsində sıxlığın aradan qaldırılması üçün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib:

"Bunun üçün metro stansiyalarında sərnişin sıxlığının yaranmaması və sərnişinlərin təhlükəsiz olaraq mənzil başına çatdırılması üçün əlavə qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac olacağı təqdirdə qatarlar arasında interval azaldılacaq və xəttə əlavə qatarlar buraxılacaq. Gücləndirilmiş rejim adıçəkilən tədbir başa çatana qədər qüvvədə olacaq".

Xatırladaq ki, bu gün və sabah paytaxtımızda Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü keçiriləcək

25 oktyabr 2019
GO BACK