Türkiyəli aktrisa Hande Ataizi ilk dəfə sevgilisi Dinç Aydoğdu ilə birlikdə fotosunu paylaşıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, münasibətləri haqda danışan 46 yaşlı sənətçi sevgilisinin olan evlilik təklif etdiyini deyib.
"Dinç mənimlə evlənmək istəyir. Yenidən aşiq ola biləcəyim ağlıma gəlməzdi. O da məni çox sevir. Evlənsək, uşaq da istəyərik. Həkimdən soruşmuşam. Yenidən ana ola bilərəm. Ancaq süni mayalanma istəmirəm" deyə, o, bildirib.
Qeyd edək ki, Ataizi keçmiş əri Benjamin Harvey ilə ötən il boşanıb. Cütlüyün Leon adında bir oğulları var.