“WhatsApp” sosial şəbəkəsi Android və IOS əməliyyat sisteminə gələn yenilənmələri ilə dörd yeni funksiyasına qovuşacaq.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bunlardan biri platformanın, həmçinin bildirişlərinin tünd rəngə keçməsidir.Digər yenilik isə mesajlarını səssiz rejimə qoyduğunuz şəxslərin artıq statuslarının da sizə görünməməsidir.Bundan başqa, istifadəçilər öz-özünə silinən mesajlar yaza biləcək.Həmçinin, bundan sonra “WhatsApp” açılarkən ekrana onun loqosu gələcək.