Doğum günündə hədiyyə yağışına tutulan müğənni Hadisəyə sevgilisinin qiymətli zinət əşyası verdiyi iddia olunub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sənətçi dünən 34 yaşını dostları ilə birlikdə qeyd edib.
Restorandan gecəyarı çıxan ulduz jurnalistlərin suallarını cavablandırıb: “Adətən doğum günü qeyd etməyi sevmirəm. Ancaq mənim üçün özəl bir axşam təşkil edilmişdi, çox xoşbəxt oldum.
Hər şeydən manşet çıxartmayın. Boyunbağı sevgilidən filan deyil. Bu gün proqramın çəkilişləri üçün istifadə etdim. Sevgilim hədiyyə etsə də, bunu sizə demərəm hər halda” söyləyən müğənni son sözü ilə şübhə yaradıb.