Qadin.NET / Gələn ildən ət ucuzlaşa bilər-SƏBƏB

Gələn ildən ət ucuzlaşa bilər-SƏBƏB

Gələn ildən ət ucuzlaşa bilər-SƏBƏB


2020-ci ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Qadin.Net trend-ə istinadən xəbər verir ki, bu məsələ "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.

Sənəddə, həmçinin quş ətinin satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin ƏDV-dən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur.

23 oktyabr 2019
GO BACK